Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəzər rayonunda məhəllədaxili yolların yenidən qurulması və abadlıq işləri davam etdirilir

Baxılıb: 89129     Tarix: 09-12-2025 13:21   

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, eyni zamanda payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Mərdəkan, Şüvəlan, Binə, Buzovna, Türkan və Zirə bələdiyyələri tərəfindən məhəllədaxili yolların yenidən qurulması və abadlıq işlərinin aparılması davam etdirilir.

Görülmüş işlər çərçivəsində Buzovna qəsəbəsi, Ayna Sultanova, Lermontov, Çingiz Mustafayev, Nadir Axundov, Abbasqulu Abdullayev küçələri, Binə qəsəbəsi, 100, 172-ci Binə küçələri və Asif Həsənov küçəsi, həmçinin Şüvəlan qəsəbəsi, Gülçülük küçəsi, Zirə qəsəbəsi, 73-cü Zirə küçəsi, Şağan qəsəbəsi, Heybətqulu Məmmədbəyli küçəsi, döngə 3 ünvanında yeni asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır.

Qeyd edək ki, rayon ərazisində abadlıq işlərinin həyata keçirilməsi mərhələli şəkildə davam etdirilir.


Qəni Hüseynov

 





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar