Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Salyan: Başa catmaqda olan 2025-ci il üzərə makroiqtisadi göstəricilər ürəkaçan olacaq

Baxılıb: 1128     Tarix: 10-12-2025 11:36   

 

İstehlak bazarı

2025-ci ilin yanvar-sentyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 399317,5 min manat olmaqla 2024-ci ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 3,6 faiz artmış, ümumi dəyərin 79,9 faizini pərakəndə ticarət dövriyyəsi, 18,3 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlər, 1,8 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edir.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,9 faiz artaraq 381267,5 min manata bərabər olmuş, onun 88,5 faizi fərdi sahibkarlar, bazar və yarmarkaların fəaliyyəti sayəsində formalaşmışdır.

Əmtəə bazarı

2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 319215,0 min manatlıq, o cümlədən 187209,9 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 132005,1 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə isə 4,8 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,0 faiz artmışdır.

İctimai iaşə xidmətləri

2025-ci ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,8 faiz artaraq 7069,3 min manat olmuşdur.

Əhaliyə göstərilən ödənişli xidmətlər

2025-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,5 faiz artaraq 73033,2 min manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 13102,3 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 17,9 faizini təşkil etmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlərin 10,6 faizini (7730,1 min manat) məişət xidmətləri təşkil etmişdir. Məişət xidmətlərinin 3,8 min manatı (0,05 faizi) hüquqi şəxslərin, 7726,3 min manatı (99,95 faizi) hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların payına düşür.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar