Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bakıdan bu rayona gəmi ilə gedə biləcəyik - Video

Baxılıb: 9110     Tarix: 22-12-2025 14:15   

2026-cı ildə Xəzəryanı şəhərləri birləşdirəcək dəniz kruizlərinin təşkili planlaşdırılır. Belə ki, bu marşrut üzrə səfərlər edəcək Rusiyaya məxsus "Nikolay Jarkov" adlı teploxodun növbəti ildən naviqasiyaya başlaması nəzərdə tutulur.

Qanunvehedef.az xəbər verir ki, turizm ekspertləri bu layihənin Azərbaycanda turizmin inkişafına ciddi təkan verəcəyini düşünürlər.

Turizm sahəsi üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, layihə regionun turizm xəritəsini dəyişəcək:

"Xəzər dənizində gəmi kruizlərinin fəaliyyəti Azərbaycan turizmini yeni mərhələyə daşıyacaq. Bakı şəhəri ilə yanaşı, Lənkəran, Neftçala və Nabran kimi ərazilər də liman şəhərlərinə çevriləcək. Bu, həm əcnəbi, həm də yerli turistlərin böyük marağına səbəb olacaq. Layihə Azərbaycanı gəmi turları sahəsində ciddi şəkildə tanıdacaq".

Daha ətraflı ATV-nin videomaterialında:

Qanunvehedef.az






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar