Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Gəncə şəhərində 7,7 milyondan çox sərnişin “BakuBus”la daşınıb

Baxılıb: 9117     Tarix: 23-12-2025 10:46   

“BakuBus” MMC-nin Gəncə şəhərində fəaliyyətə başlaması şəhərdaxili sərnişindaşımada müasir xidmət yanaşmasının tətbiqinə və ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə şərait yaradıb.

Qanunvehedef.az xəbər verir ki, 27 sentyabrdan etibarən “BakuBus” MMC tərəfindən Gəncə şəhərində 7,7 milyondan çox sərnişin daşınıb.

Eyni zamanda, nağdsız ödəniş sisteminin tətbiqi çərçivəsində “CityCard Azerbaijan” mobil tətbiqi və fiziki kartlar üzrə aktiv istifadəçilərin sayı 150 mini ötüb.

Qeyd olunan göstəricilər şəhər sakinlərinin ictimai nəqliyyat xidmətlərinə artan etimadını, habelə tətbiq edilən müasir xidmət və ödəniş mexanizmlərinin sərnişinlər tərəfindən geniş şəkildə qəbul olunduğunu əks etdirir.

Əldə olunan nəticələr şəhərdaxili ictimai nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi, sərnişinlər üçün təhlükəsiz və rahat daşımaların təmin edilməsi istiqamətində görülən tədbirlərin effektivliyini göstərir.

“BakuBus” MMC qarşıdakı dövrdə də Gəncə şəhərində ictimai nəqliyyat xidmətlərinin davamlı şəkildə inkişaf etdirilməsi və sərnişin məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini ardıcıl olaraq davam etdirəcək.



Qanunvehedef.az





{sape_links}{sape_article}