Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Tanınmış jurnalist Aybəniz Abdulova Bestfm radionun açılışı münasibətilə Aqil Məmmədovu təbrik etdi -FOTOLAR

Baxılıb: 1614     Tarix: 24-12-2025 11:00   

Bestfm.az radiosu yenidən dinləyicələrinin ixtiyarına verilib.

Bu münasibətlə Bestfm.az radiosunun rəhbəri Aqil Məmmədovun təşkilatçılığı ilə 19.12.2025-ci il tarixində tədbir keçirilib.Əvvəlcə Azərbaycanın suverenliyinin bərpa olunmasında şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Azərbaycanın Dövlət himni səsləndirildi.
Bestfm.az radiosunun direktoru Aqil Məmmədov qonaqları salamladı və ilk söz Vətən müharibəsinin şəhidi Namiq Quliyevin atası Natiq Quliyevə verildi. Qarabağ qazisi Ruxsarə Bayramqızı Bestfm radionun bütün əməkdaşlarını və tədbirin qonaqlarını təbrik etdi.
Tədbirdə iştirak edən bir sıra media nümayəndələri, qonaqlar, dostlar Bestfm.az radiosunu sevərləri yenidən dinləyəcələrin ixtiyarına verilməsi üçün təbriklərə qoşuldular.
Tədbirdə iştirak edən incəsənət nümayəndələri bir-birindən rəgarəng mahnılar ilə çıxış etdilər.
Bizdə “Atributinfo.Az” İnformasiya Portalı olaraq Bestfm.az radiosunun rəhbəri Aqil Məmmədov başda olmaqla Bestfm.az radiosu ailəsinə uğurlar, bol-bol dinləyici sevgisi arzulayırıq.

Aybəniz ABDULOVA
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar, araşdırmaçı- jurnalist

  






{sape_links}{sape_article}