Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Metronun bənövşəyi xəttində 5 vaqonlu qatarlar olacaq

Baxılıb: 9115     Tarix: 26-12-2025 10:26   

“Bakı Metropoliteni” QSC vaqon parkında ehtiyat tədbirləri gücləndirmək və sərnişin tələbatına uyğunlaşdırmaq məqsədilə bənövşəyi xətdə 5 vaqonlu qatar tərkiblərinə keçid edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Qeyd edilib ki, bir müddət öncə bənövşəyi xətdə intervalın “Avtovağzal–Xocəsən” sahəsində 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyədək azaldılması nəticəsində qatarların hərəkət intensivliyi artırılıb.

Məlumata görə, günün müxtəlif vaxtlarında sərnişin tələbatı və axını monitorinq edilib. Aparılan təhlillər göstərib ki, xidmət keyfiyyətinə təsir etmədən bir sıra texniki yeniliklərin tətbiqi mümkündür:

“Bənövşəyi xətdə monitorinqlər davamlı olaraq aparılacaq. Sərnişin tələbatı artacağı və zərurət yaranacağı təqdirdə stansiya platformalarının texniki imkanlarına uyğun olaraq yeddi vaqonlu qatar tərkibləri formalaşdırılması təmin ediləcək”.



Qanunvehedef.az





{sape_links}{sape_article}