Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Rayon İcra Hakimiyyətinin başçısı Zirə qəsəbəsi 120 saylı tam orta məktəbdə vətəndaşlarla görüşüb

Baxılıb: 101172     Tarix: 12-01-2026 10:51   

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Zirə qəsəbəsində yaşayan sakinlərlə növbəti səyyar qəbulu keçirilib.
Zirə qəsəbəsində, keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Zirə bələdiyyəsi, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ölkəmizin bütün bölgələrində, o cümlədən, Xəzər rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışmış və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd edib.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov səyyar görüşdə iştirak edən sakinlərin müraciətlərini dinləyib.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.


Qəni Hüseynov








Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar