Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Mərdəkan qəsəbə ağsaqqalının 90 illik yubileyi qeyd olundu

Baxılıb: 102183     Tarix: 23-01-2026 12:20   

22 yanvar 2026-cı il tarixində Mərdəkan qəsəbə ağsaqqalı Əliyev Elman Balakişi oğlunun 90 illik yubileyi qeyd edilmişdir.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab Elşən Salahov, RİH başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Əhmədova, RİH Aparatının əməkdaşları, qəsəbə ağsaqqalları, ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
Yığıncaqda RİH başçısı E.Salahov yubilyarın uzunmüddətli ictimai fəaliyyətini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində göstərdiyi xidmətləri xüsusi vurğulayaraq onu Fəxri Fərmanla təltif etmişdir.
Sonda Elman Əliyev qəsəbə ağsaqqalları adından Mərdəkan qəsəbəsinin sosial-iqtisadi inkişafında həyata keçirilən abadlıq-quruculuq işlərinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişdir.


Qəni Hüseynov






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar