Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bu hallarda bank və polis orqanları ilə əlaqə saxlayın!

Baxılıb: 9412     Tarix: 27-01-2026 11:30   

“Daxili İşlər Nazirliyi ilə Mərkəzi Bank arasında qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində kiber risklər sistemli şəkildə təhlil olunur, bank müştərilərinin məlumatlandırılması təmin edilir”.

Qanunvehedef.az xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin açıqlamasında bildirilib.

“Ötən il görülən tədbirlər nəticəsində onlayn məkanda talama məqsədilə istifadə edilən şübhəli internet resurslarından 372 sayda saxta sayt, link və keçidlər müəyyən edilərək bloklanıb. Bu, bank kartlarına qanunsuz müdaxilə hallarının azalmasına mühüm təsir göstərib.

Aparılan təhlillər göstərir ki, bank kartı istifadəçiləri şübhəli əməliyyatlarla rastlaşdıqda vaxt itirmədən müştərisi olduqları bankı məlumatlandırdıqları hallarda qabaqlayıcı tədbirlər effektiv olur və kartdakı vəsaitin oğurlanmasının qarşısı alınır. Bu zaman bank kartına müdaxilənin istiqaməti operativ şəkildə müəyyən edilir və risklər neytrallaşdırılır.

Daxili İşlər Nazirliyi bir daha bank kartı istifadəçilərinə tövsiyə edir ki, hər hansı şübhəli əməliyyat, naməlum link və ya saxta internet resursu ilə qarşılaşdıqları zaman dərhal müştərisi olduqları bank və polis orqanları ilə əlaqə saxlasınlar və bu cür hallara biganə yanaşmasınlar. Bu, həm şəxsi maliyyə təhlükəsizliyinin, həm də ümumi kiber təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət daşıyır”, - məlumatda deyilir.




Qanunvehedef.az





{sape_links}{sape_article}