Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mediada Azərbaycan dilinin qorunması müzakirə olunub

Baxılıb: 8313     Tarix: 13-02-2026 12:07   

ARB24 telekanalında Azərbaycan dilinin qorunması ilə bağlı monitorinq nəticələrinə dair tədbir keçirilib.

Qanunvehedef.az xəbər verir ki, monitorinq Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə bağlı jurnalistlər qarşısında qoyduğu vəzifələrlə bağlı olub.

Telekanalın direktoru Radik İsmayılov bildirib ki, ARB 24-də 4 ildir ki, efir daxili monitorinq olunur, problemlər aradan qaldırılır:

“Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə bağlı jurnalistlərə müraciətindən sonra proses daha da sürətlənib, efirə nəzarət gücləndirilib”.

R.İsmayılov monitorinqin nəticələrini açıqlayıb, redaktor heyətini daha diqqətli olmağa çağırıb. İclasda Azərbaycan dilinin qorunması mövzusunda müzakirələr aparılıb.

Daha sonra monitorinq zamanı aşkarlanan problemləri izah etmək və aradan qaldırmaq üçün görüləcək işlərlə bağlı kanalın direktor müşaviri, BDU-nun kafedra müdiri Aynur Nəsirovaya söz verilib. A.Nəsirova keçirilən monitorinqin nəticələrinə əsaslanan təqdimatda redaktə prosesində diqqət yetirilməli əsas məqamlar barədə ətraflı məlumat verib:

“Media mətnlərində sözlərin düzgün yazılışı, cümlələrin sadə, aydın və anlaşıqlı qurulması vacib amildir. Yad terminlərdən yalnız zəruri hallarda və düzgün kontekstdə istifadə oluna bilər”.

Sonda qərara alınıb ki, səhvlərlə bağlı mütəmadi təlimlər təşkil olunsun.



Qanunvehedef.az






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar