Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakı Şəhərində 42 məktəbə yeni direktor təyin olunub

Baxılıb: 101220     Tarix: 17-02-2026 11:47   


Bakıda 42 məktəbə yeni direktor təyin olunub

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, yeni təyinatlar paytaxtdakı 198, 97, 131, 308, 94, 254, 133, 81, 71, 139, 335, 334, 230, 205, 162, 155, 87, 38, 106, 298, 58, 63, 142, 337, 215, 296, 327, 258, 185, 305, 108, 165, 315, 203, 256, 323, 73 nömrəli tam orta ümumtəhsil məktəbləri, 2 nömrəli texniki-humanitar lisey, 1 nömrəli idman liseyi, 115 nömrəli xüsusi əyani-qiyabi tam orta ümumtəhsil məktəbi, 6 nömrəli respublika inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi və E.Quliyev adına 9 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi üzrə müsabiqəyə çıxarılmış vakant vəzifələri əhatə edib. Yeni təyin olunmuş məktəb rəhbərləri işə qəbul üzrə müsabiqədən uğurla keçmiş şəxslərdir.

Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak ediblər.


Qəni Hüseynov





{sape_links}{sape_article}