Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəzər rayonunda əmək yarmarkası keçirilmişdir

Baxılıb: 102174     Tarix: 17-02-2026 13:35   

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Bakıda növbəti əmək yarmarkası keçirilib.

Agentliyin tabeliyində Bakı Regional Məşğulluq filialının və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş əmək yarmarkasında 22 işəgötürən iştirak edib və 130-dan çox vakansiya təqdim olunub.

Vakansiyalara müraciət edən şəxslərə vakansiyaların tələbləri, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da yarmarkada öz stendləri ilə təmsil olunublar. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları, müraciət qaydaları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.



Qəni Hüseynov






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar