Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun rayon ərazisində vətəndaşlarla səyyar görüşlərinin keçirilməsi davam etdirilir

Baxılıb: 91311     Tarix: 26-02-2026 15:33   

Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun rayon ərazisində vətəndaşlarla səyyar görüşlərin keçirilməsi davam etdirilir.

Bu çərçivədə, 25 fevral 2026-cı il tarixində S. İbrahimov küçəsində Şağan Mədəniyyət Mərkəzində qəsəbə sakinləri ilə növbəti səyyar qəbul keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndə,bələdiyyə sədri eləcə də rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Tədbir zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və operativ həlli məqsədilə aidiyyəti qurumlara konkret tapşırıqlar verilmişdir.

Bildirilib ki, səyyar qəbulların keçirilməsində əsas məqsəd vətəndaş müraciətlərinə yerlərdə baxılması, sosial məsələlərin həllinin sürətləndirilməsi, habelə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsidir


Qəni Hüseynov 

  





{sape_links}{sape_article}