Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

FHN Xocalıda maarifləndirmə tədbirləri keçirdi - Video

Baxılıb: 7311     Tarix: 06-03-2026 12:31   

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi işləri davam etdirilir.

Qanunvehedef.az xəbər verir ki, bununla bağlı nazirlik məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə, növbəti tədbirlər FHN-in Qarabağ Regional Mərkəzi tərəfindən Xocalı şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəblərində keçirilib.

“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda keçirilən tədbirlərin təşkil edilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə şagirdlərə və məktəb kollektivinə müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar