Xəbər lenti
03/08/2026 [10:44]
Ceki Çan Bakıya gəldi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ramazan ayı ilə bağlı şəhid ailələri üçün tədbir keçirildi

Baxılıb: 7313     Tarix: 06-03-2026 15:41   

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə müqəddəs Ramazan ayında bir qrup şəhid ailələri üçün 8 Mart – Beynəlxalq Qadınlar Günü və müqəddəs Ramazan ayı münasibətilə tədbir keçirilib.

Qanunvehedef.az  xəbər verir ki, tədbirə Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş 100-dən çox şəhidin ailə üzvləri qatılıb.

İftar məclisi şəhidlərin əziz xatirəsinin yad edilməsi, dövlət himninin səsləndirilməsi və şəhidlərin ruhuna duaların oxunması ilə başlayıb. Tədbirdə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizlə qürur duyduqlarını, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını, eləcə də Veysəloğlu Şirkətlər Qrupunun şəhid ailələrinin məşğulluğuna verdiyi davamlı dəstəyin əhəmiyyətini xüsusi olaraq qeyd ediblər.

Tədbirdə həmçinin İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları Mehriban Vəliyeva, Nigar Məmmədova və Elnarə Akimova çıxış edərək şəhid analarını və xanımlarını 8 Mart münasibətilə təbrik edib, onların fədakarlığını və möhkəm iradəsini yüksək qiymətləndirərək dərin ehtiramlarını bildiriblər.

Tədbirdə şəhidlərinin ailə üzvləri – analar və xanımlar da çıxış edərək əziz şəhidlərimizin xatirəsinin daim uca tutulmasının önəmini vurğulayıblar. Tədbir Azərbaycanın Xalq artsiti Nəzakət Teymurova və gənc xanəndə IX “Muğam” televiziya müsabiqəsinin finalçısı Yusif Cəfərbəylinin vətənpərvər ruhlu bədii ifaları ilə davam edib.

Tədbirin sonunda iştirakçılara Veysəloğlu Şirkətlər Qrupu tərəfindən hədiyyələr təqdim olunub.

 



Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar