Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Rayonlara səfər edən sürücülərə - Müraciət

Baxılıb: 7312     Tarix: 07-03-2026 12:46   

“Bayram və həftəsonu ilə əlaqədar ardıcıllıq təşkil edən qeyri-iş günlərində respublika əhəmiyyətli, həmçinin turizm və istirahət bölgələrinə aparan avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir”.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində bildirilib.

Qurum yarana biləcək təhlükələrin qarşısının alınması məqsədilə, yol hərəkəti iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır.

Sürücülərdən xahiş olunur ki:

Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;

Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər;

Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər;

Yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etsinlər;

Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər.

BDYPİ bütün sürücülərə səfərləri zamanı ehtiyatlı olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edir.


Qanunvehedef.az





{sape_links}{sape_article}