Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Şanlı zəfər tarixi indi bir tədbiqdə

Baxılıb: 1059     Tarix: 12-03-2026 13:01   

“Azərbaycan Təqvimi” layihəsi rəqəmsal innovasiya və milli irsin qorunmasına xidmət edir
Azərbaycanın gənc proqramçı və İT mütəxəssisləri tərəfindən hazırlanmış “Azərbaycan Təqvimi” adlı startap layihəsi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə uğurla həyata keçirilir. Layihə “Konstitusiya və Suverenlik ili” qrant müsabiqəsi üzrə 3000 manat qrant qazanaraq, gənclərin Azərbaycanın tarixi, milli bayramları və görkəmli şəxsiyyətləri haqqında rəqəmsal platforma üzərindən dolğun biliklər əldə etməsinə şərait yaradır.
Layihənin rəhbəri, proqram təminatı mütəxəssisi Şəhriyar Tağıyevin sözlərinə görə, “Azərbaycan Təqvimi”nin əsas məqsədi ölkəmizin zəngin tarixi irsini müasir rəqəmsal həllər və süni intellektin köməyi ilə gənclərə daha maraqlı və əlçatan formada təqdim etməkdir. “Bizim hədəfimiz milli yaddaşımızı rəqəmsallaşdırmaq, gənclərdə tariximizə olan marağı artırmaq və onlara gündəlik həyatda istifadə edə biləcəkləri funksional bir rəqəmsal köməkçi təqdim etməkdir”, – deyə o bildirib.
Layihə çərçivəsində peşəkar komanda tərəfindən hazırlanan tətbiq, insanlıq tarixində və dövlətçiliyimizdə mühüm rol oynamış hadisələr, kəşflər və şəxsiyyətlər barədə maarifləndirici məzmun təqdim edir. Tətbiqin əsas üstünlüklərindən biri həm Qriqorian, həm də Hicri təqvimlərinin sinxron izlənilməsinə, həmçinin tarixi hadisələrin real vaxt rejimində öyrənilməsinə imkan yaratmasıdır.
“Azərbaycan Təqvimi” komandası yaxın gələcəkdə tətbiqin funksional imkanlarını daha da genişləndirməyi, süni intellekt əsaslı fərdi bildiriş sistemini təkmilləşdirməyi və layihəni həm iOS, həm də Android platformalarında geniş istifadəçi kütləsinə çatdırmağı planlaşdırır.
Layihə həm region gənclərinin, həm də ümumilikdə Azərbaycan cəmiyyətinin texnoloji maariflənməsinə və milli-mənəvi dəyərlərin rəqəmsal dünyada təbliğinə mühüm töhfə verməyi qarşısına məqsəd qoyur.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar