Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nizami Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

Baxılıb: 866     Tarix: 13-03-2026 11:36   

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov,  Elşən Süleymanov küçəsi 120a ünvanında yerləşən 220 nömrəli məktəb-liseydə növbəti səyyar qəbul keçirib.

Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, bir sıra müraciətlərdə əksini tapan məsələlər yerindəcə həll edilib, vətəndaşları narahat edən digər məsələlərlə bağlı verilən suallar isə ətraflı cavablandırılıb.

Rayon İcra Hakimiyyətinin başçısı həlli əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Keçirilən görüşlərdə çıxış edən rayon sakinləri, əvvəlki səyyar qəbullarda qaldırılan problemlərin müsbət həllindən razılıq etdiklərini söyləyiblər, eyni zamanda onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Ceyhun Süleymanov






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar