Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nizami rayonunda Novruz şənliyi keçirilib

Baxılıb: 7330     Tarix: 15-03-2026 12:30   


Xalqımızın çoxəsrlik adət-ənənələrini özündə təcəssüm etdirən, milli birliyin və ruzi-bərəkətin rəmzi olan Novruz bayramı Nizami rayonunda böyük təntənə ilə qeyd olunub.

Bayram şənliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan Bəhruz Nuriyev küçəsi 20/116 ünvanında təşkil edilib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, məhəllə sakinləri, eləcə də Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak ediblər.

Bayram münasibətilə xüsusi bəzədilmiş abad həyətdə Novruzun gəlişini tərənnüm edən səmənilər düzülüb, milli mətbəximizin nümunələri olan şirniyyatlardan ibarət süfrələr açılıb, məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Konsert proqramı ilə davam edən şənlikdə tanınmış incəsənət nümayəndələri öz ifaları ilə bayram ovqatını daha da artırıb, milli geyimli uşaq rəqs kollektivlərinin çıxışları tədbirə xüsusi rəng qatıb. Novruzun əsas personajları olan Dədə Qorqud, Bahar qızı, Kosa və Keçəlin iştirakı ilə keçirilən oyunlar, yumurta döyüşləri və digər qədim el şənlikləri sakinlər tərəfindən böyük maraqla izlənilib. Tədbirdə bayram tonqalı alovlandırılıb və iştirakçılar musiqi sədaları altında yallı gedərək bu əziz bayramı birlikdə qeyd ediblər.


Ceyhun Süleymanov



 




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar