Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Nizami rayonunda Novruz bayramı ərəfəsində geniş təmizlik işləri aparılıb

Baxılıb: 7131     Tarix: 17-03-2026 11:55   

Bakı Şəhər İcra Hakimiyyətinin “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi altında paytaxtda iməciliyin keçirilməsi barədə qərarına uyğun olaraq Nizami rayonunda  mumrayon iməciliyi keçirilib.

İməcilik zamanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən prospekt və küçələr, səki kənarları, bordürlər və işıq dirəkləri, yol kənarındakı məhəccərlər, park və istirahət yerlərində oturacaqlar yuyularaq təmizlənməsi həyata keçirilib.

Eyni zamanda, kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

Bundan əlavə, rayon ərazisində abadlıq-quruculuq işləri çərçivəsində insanların gediş-gəlişini asanlaşdırmaq məqsədilə yararsız vəziyyətə düşmüş səkilər bərpa olunub, mərkəzi prospektlər boyunca hasarlar yenidən boyanıb.

Rayon Yaşıllaşdırma Sahəsi tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib.


Ceyhun Süleymanov








Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar