Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Nizami rayonunda iftar süfrəsi açılıb

Baxılıb: 7120     Tarix: 17-03-2026 12:23   

  


Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mübarək Ramazan ayı ilə əlaqədar martın 13-də iftar süfrəsi təşkil olunub.

İftar mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov, deputatlar Rasim Musabəyov və Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, dini icmaların və ictimai təşkilatların rəhbərləri, Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İftar mərasimində “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib, on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən danışılıb.

Mərasim süfrə duası ilə yekunlaşıb.


Ceyhun Süleymanov






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar