Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Yaşasaydı 45 yaşı olacaqdı...

Baxılıb: 6213     Tarix: 24-03-2026 09:36   

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun doğum günüdür.

Qanunvehedef.az xəbər verir ki, 24 mart 1981-ci ildə Astaranın Əzərüd kəndində anadan olan Pəncəli Teymurov orta təhsilini rayon məktəbində alıb.

Hərbi xidmətini başa vurduqdan sonra könüllü şəkildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirərək uzun illər Azərbaycan ordusunda fəaliyyət göstərib.

2016-cı ilin Aprel döyüşləri zamanı Tərtər istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edən gizir Talış yüksəkliklərinin azad olunması uğrunda vuruşarkən şəhid olub. O, doğulduğu kənddə dəfn edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 7 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən, Pəncəli Teymurova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}