Xəbər lenti
Arxiv
«    Март 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Dünya səyyahları Laçında - Foto

Baxılıb: 735     Tarix: 27-03-2026 10:57   

“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin növbəti ünvanı Laçın şəhəri olub.

Qanunvehedef.az xəbər verir ki, Laçın səfəri zamanı səyyahların “Yurd Qalareyası”, həmçinin “Gilabi Ceramics” mərkəzi ilə və yerli sakinlər tərəfindən hazırlanan əl işləri ilə tanış olacaqlar. Səfər çərçivəsində şəhər turu və burada yaradılan şərait, bərpa-quruculuq işləri ilə tanışlıq da nəzərdə tutulub.

2 günlük səfər çərçivəsində budəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir. Bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən dünya səyyahlarının ən böyük qrupudur.

“NomadMania” Yer Kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Mitsidis bu 1301 bölgənin hamısında artıqlaması ilə olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə dünya səyyahlarının səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar