Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Nizami rayonunda güclü yağan yağışın fəsadlarının aradan qaldırılması ilə əlaqədar ümumrayon iməciliyi keçirilib

Baxılıb: 80113     Tarix: 31-03-2026 12:46   

27-28 mart 2026-cı il tarixində Bakı şəhərində yağan güclü yağışların fəsadlarının aradan qaldırılması və şəhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə paytaxtda genişmiqyaslı iməciliklərin keçirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq, martın 30-da Nizami rayonunda ümumrayon iməciliyi təşkil edilib.

İməcilik çərçivəsində kommunal-təsərrüfat xidmətlərinin xüsusi texnikası vasitəsilə bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlər, məhəllədaxili və ara yollar yuyulub, bordürlər, işıq dirəkləri və məhəccərlər yuyularaq palçıqdan təmizlənib.

İməcilik zamanı prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. Eyni zamanda, kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların zədələnmiş budaqları budanıb, yeni güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.


Ceyhun Süleymanov


 




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar