Nizami rayonunda intensiv yağan yağışların fəsadları operativ şəkildə aradan qaldırılıb

27-28 mart 2026-cı il tarixlərində paytaxt ərazisində müşahidə olunan aramsız və intensiv yağışlar nəticəsində yaranan çətinliklərin aradan qaldırılması istiqamətində Nizami rayonu ərazisində təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Nizami Rayon Sukanal İdarəsi və Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikaları ilə canlı qüvvəsi koordinasiyalı şəkildə prosesə cəlb olunub. Görülmüş operativ işlər çərçivəsində rayonun müxtəlif ünvanlarında toplanmış yağış suları qısa müddətdə ərazidən çəkilərək kənarlaşdırılıb.
Xüsusi gücləndirilmiş iş rejimində çalışan kommunal xidmətlər tərəfindən nəqliyyatın və piyadaların hərəkətində fasiləsizliyi təmin etmək məqsədilə, yağış barmaqlıqlarının funksionallığının bərpası və yığılmış suların xüsusi nasoslarla kənarlaşdırılması üçün mütəmadi tədbirlər görülüb, yarana biləcək ciddi risklərin fəsadları vaxtında aradan qaldırılıb.
Ceyhun Süleymanov




















