Xəzər rayonunda “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” qeyd edilmişdir

31 mart 2026-cı il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli tam orta məktəbin ərazisində, türk şəhidlərinin abidəsi önündə “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”nün il dönümünə həsr olunmuş rayon tədbiri keçirilmişdir.
Tədbirdə RİH başçısının I müavini Elşən Qurbanov, YAP Xəzər rayon Təşkilatının sədri Namik Əhmədov, Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü Rauf Əliyev, başçısının müavinləri-aparatın şöbə və sektor müdirləri, rayonun hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, idarə, müəssisə, təşkilat rəhbərləri, RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, 123 nömrəli orta məktəbin müəllim və şagirdləri, eləcə də rayon ictimaiyyəti iştirak etmişdir.
Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə Soyqırım qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov açaraq erməni şovinistləri tərəfindən Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımı barədə geniş məlumat vermiş, bu soyqırıma əsl hüquqi-siyasi qiymətin Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra Mart hadisələrinin 80-ci ildönümündə, 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olduğunu vurğulamış, 44 günlük Vətən müharibəsində Azərbaycanın işğalçı və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdığını, yaxın tarixdə törədilmiş qanlı cinayətlərin qurbanlarının qısasının alındığını qeyd etmişdir.
Daha sonra YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü Rauf Əliyev, Xəzər rayon Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri İlham Məmmədov, 322 nömrəli tam orta məktəbin direktoru Taleh Şahbazov “31 Mart - Azərbaycanlıların Soyqırımı” ilə bağlı çıxış edərək bu qanlı hadisələrin onların yaddaşından heç vaxt silinməyəcəyini və dövlətimizin soyqırımla bağlı tarixi faktların dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fəaliyyətini yüksək qiymətləndirmişlər.
Tədbirin sonunda 123 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış şeirlər oxunmuş, məktəbin ərazisində yerləşən 1918-ci ildə Bakıda Ermənilər tərəfindən törədilən Azərbaycanlıların soyqırımının qarşısını almaq üçün köməyə gəlmiş türk ordusunun şəhid olmuş iki əsgərinin xatirəsinə ucaldılmiş abidənin önünə gül dəstələri düzülərək, əsgərlərin xatirələri ehtiramla yad edilmişdir.
Qəni Hüseynov





















