Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ankaradan C-130 qəzası ilə bağlı daha bir açıqlama

Baxılıb: 737     Tarix: 03-04-2026 14:45   

Türkiyənin qəzaya uğrayan C-130 hərbi yük təyyarəsi ilə bağlı araşdırma zamanı kənar müdaxilə, partlayıcı maddələr və ya təxribat əlamətləri aşkarlanmayıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, təyyarənin yaxınlığında partlaya biləcək hər hansı sursatın qəlpə izlərinə, eləcə də sursatın birbaşa dəyməsi nəticəsində yaranan zədələnmə əlamətlərinə rast gəlinməyib.

Həmçinin əl istehsalı partlayıcı qurğunun partlaması nəticəsində yaranacaq izlərə və ya belə bir qurğuya aid hər hansı detala da rast gəlinməyib.

Bundan əlavə, qeyd edilib ki, qəzada yanğın törədən neft tərkibli və ya alovu sürətləndirən maddə, eləcə də kimyəvi tərkib tapılmayıb.

Xatırladaq ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 20 hərbçi şəhid olub.

Vətən Partiyasının sədri Doğu Perinçək Azərbaycandan qalxan yük təyyarəsini İsrailin vurduğuna dair iddialar səsləndirib.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar