Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Aprel şəhidi Kamran Şirəliyevin əziz xatirəsi ehtiramla yad edilib

Baxılıb: 93222     Tarix: 04-04-2026 13:32   

03.04.2026-cı il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Mərdəkan qəsəbə sakini Şirəliyev Kamran Faiq oğlunun ailəsi ziyarət edilmişdir.
Ziyarət zamanı şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verilmiş, onun Vətən uğrunda göstərdiyi igidlik və şücaət xüsusi vurğulanaraq əziz xatirəsi hörmətlə anılmışdır.
Görüş zamanı 2016-cı ilin Aprel döyüşlərində düşmənin törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi qətiyyətli cavabdan, hərbçilərimizin göstərdiyi qəhrəmanlıq nümunələrindən, strateji əhəmiyyətli mövqelərin azad edilməsindən və əldə olunan mühüm qələbədən bəhs edilmişdir. Bildirilmişdir ki, şəhidlərimizin qanı yerdə qalmamış, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı parlaq zəfər bu qəhrəmanlığın davamı olmuşdur.
Şəhidin valideynləri dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Allah rəhmət eləsin!


Qəni Hüseynov






{sape_links}{sape_article}