Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Aprel döyüşləri şəhidi Urfan Vəlizadənin məzarı ziyarət edilib

Baxılıb: 9120     Tarix: 04-04-2026 13:45   

02 aprel 2026-cı il tarixində II Fəxri Xiyabanda aprel döyüşləri şəhidi Vəlizadə Urfan Uzeyir oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, aprel ayının 2-dən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində ermənilərin silahlı təxribatının qarşısının alınması zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşı tərəfin mövqelərinə aviasiya zərbələri zamanı Milli Ordunun zabiti, Mİ-24 helikopterinin pilotu mayor Vəlizadə Urfan Uzeyir oğlu şəhid olmuşdur.

Eyni zamanda, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.


Ceyhun Süleymanov






{sape_links}{sape_article}