Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

"Azercell"dən yenilik: bu cihazlarla istənilən yerdə onlayn ol

Baxılıb: 764     Tarix: 13-04-2026 14:48   

Azercell Telekom MMC yeni kampaniya çərçivəsində müştərilərinə sərfəli şərtlərlə yüksək sürətli mobil internetə çıxış imkanı yaradır. Kampaniya daxilində təqdim olunan üç fərqli internet tarifindən birini seçən abunəçilər “MiFi” və ya “Wi-Fi” cihazını fakturalı nömrə ilə birlikdə hədiyyə olaraq əldə edirlər.

Təklifə əsasən, istifadəçilər aylıq 39 AZN qarşılığında 60 GB, 49 AZN qarşılığında 100 GB, 59 AZN qarşılığında isə 200 GB həcmində internet paketindən yararlana bilərlər.

Müasir dizayn və funksionallığı ilə seçilən “MiFi” və “Wi-Fi” cihazları istifadəçilərə istənilən məkanda stabil və fasiləsiz internet bağlantısı təqdim edir. Cihazlar eyni anda 32-yə qədər istifadəçinin şəbəkəyə qoşulmasını dəstəkləyərək həm fərdi, həm də komanda istifadəsi üçün optimal həll yaradır.

Kampaniya çərçivəsində cihazlar illik müqavilə əsasında tamamilə pulsuz təqdim olunur. Təklifdən yararlanmaq üçün seçilmiş internet paketindən minimum 12 ay müddətində istifadə edilməsi nəzərdə tutulur.

Yeni kampaniyadan yararlanmaq üçün Azercell satış və xidmət mərkəzlərinə müraciət etmək kifayətdir.

Ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/campaigns/special-offers/istenilen-vaxt-ve-istediyin-yerde-onlayn-ol.html





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar