Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Elm və Təhsil Naziri Xaçmazda tədris prosesi ilə tanış olub - Fotolar

Baxılıb: 83214     Tarix: 16-04-2026 15:01   

Aprelin 16-da elm və təhsil naziri Emin Əmrullayev Xaçmaz şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində olub.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ilə birlikdə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Daha sonra sözügedən təhsil müəssisəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, onların əziz xatirəsi ehtiramla yad edilib.

Nazir məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqlarında keçirilən dərs prosesini izləyib, müəllim və şagirdlərlə görüşüb. Görüş zamanı tədrisin keyfiyyəti, təhsil mühitinin təşkili və şagirdlərin bilik və bacarıqlarının inkişafı məsələləri müzakirə olunub.

Sonra nazir peşə təmayüllü siniflər, STEAM yanaşmasının tətbiq olunduğu tədris mühiti, müasir tədris metodlarının tətbiqi ilə yaxından tanış olub, eləcə də “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində təşkil edilən dərsləri izləyib. Məktəbdə həyata keçirilən tədris prosesi və mövcud infrastruktur barədə nazirə ətraflı məlumat təqdim olunub. Nazir tərəfindən təhsil prosesinin daha da təkmilləşdirilməsi, innovativ yanaşmaların genişləndirilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.


Qəni Hüseynov



















Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar