Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kürdəmir rayon icra başçısı Elşən Həsənli səyyar görüşlər keçirdi - Fotolar

Baxılıb: 7610     Tarix: 16-04-2026 16:31   

Kürdəmirdə icra hakimiyyəti başçısı Elşən Həsənlinin əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.

Qanunvehedef.az xəbər verir ki, RİH başçısı bu dəfə Muradxan kənd sakinləri ilə görüşüb.

Elşən Həsənlinin vətəndaşlarla təşkil olunmuş görüşündə RİH başçısınn müavini və şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

RİH başçısı çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.

Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.










Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar