Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Beynəlxalq İnformasiya Alyansının təsisçisi Firdovsi Ələkbərovun Azərbaycan və Türk Dünyası naminə gördüyü işlər təqdirəlayiqdir

Baxılıb: 723     Tarix: 24-04-2026 10:50   

Dövrümüzün görkəmli ziyalısı, metsenat və xeyriyyəçi Firdovsi Ələkbərovun ideya müəllifliyi ilə ölkəmizdə və Azərbaycanın hüdudlarını aşacaq beynəlxalq miqyaslarda xeyli əhəmiyyətli işlər görülüb. Beynəlxalq İnformasiya Alyansının təsisçisi Firdovsi Ələkbərovun təqdirəlayiq işləri sırasında Türk Dünyası naminə həyata keçirdiyi layihələr xüsusilə seçilir.

Firdovsi müəllimin ciddi araşdırmaları, özünün və ətrafındakı müqtədir qələm adamlarının böyük zəhməti və əlbəttə ki, materialların toplanılmasında mühüm rol oynayan şəxsi nüfuz və əlaqələri hesabına ərsəyə gətirdiyi çoxcildli, iri həcmli, nəfis tərtibatlı “Turan Dünyası” kitabları bu qeyd olunanlara bariz nümunədir. Kitablarda qədim mənbələrə istinadən “Turan” sözünün mənşəyi izah edilir, ta bugünümüzə qədər tarixə dərin izlər salmış türk hökmdarlarından bəhs olunur, müasir dövrümüzdə Türk Dövlətləri Təşkilatının yeni mərhələyə qədəm qoymasından, Turanın qısa müddətdə reallaşması yolunda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və digər türk dövlətləri rəhbərlərinin göstərdikləri xidmətlərdən söz açılır.

Firdovsi Ələkbərovun nöqteyi-nəzərincə, geniş coğrafiyanı əhatə etsə də, Turan məfhumu türk xalqlarının özünüdərk prosesində heç vaxt yalnız bir ərazi anlayışı olmamışdır. O, eyni zamanda ortaq mənşə, ortaq dil və ortaq mədəniyyət ətrafında birləşməyin simvoluna çevrilmişdir. “Turan Dünyası” seriyasından olan kitablarda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusuna malik dövlətlərin hərtərəfli əməkdaşlığının təşviqi üçün müxtəlif vaxtlarda keçirdikləri tədbirlər, onların əhəmiyyəti barədə müfəssəl məlumatlar verilir. TDT-nin fəaliyyətini təmin etmək və qarşıya qoyulan hədəflərə çatmaq üçün mövcud strukturların – Dövlət Başçıları Şurasının (Zirvə), Xarici İşlər Nazirləri Şurasının, Yüksək Vəzifəli Şəxslər Komitəsinin, Ağsaqqallar Şurasının və Katibliyin vəzifələri qeyd olunur, eləcə də TDT ilə əlaqəli orqan və təşkilatların – Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun, Türk Biznes Şurasının, Türk Ticarət və Sənaye Palatasının, Türk İnvestisiya Fondunun fəaliyyəti barədə informasiyalar təqdim olunur.

Firdovsi Ələkbərov böyük ümid ifadə edir ki, Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra da artacaq, çünki təşkilatın təməlində təbii müttəfiqlər durur, türk dövlətlərinin işbirliyi səmimidir.

Firdovsi müəllimin özünün şəxsiyyəti, Azərbaycan xalqının müstəqillik naminə mübarizə apardığı Vətənin ağır sınaq illərində gördüyü böyük işlər və xeyirxah əməllər barədə daha müfəssəl məlumatı Zakir Fəxrinin qələmə aldığı, Xanım İsmayılqızının redaktorluğu ilə Azərbaycan Tərcümə Mərkəzində nəşr olunmuş “Öncə Vətəndir” kitabından öyrənmək olar.


Qanunvehedef.az-ın baş redaktoru

Mehman Ziyadov 





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar