Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Xəzər rayon ictimaiyyəti akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Baxılıb: 914     Tarix: 29-04-2026 13:01   

Görkəmli akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə Xəzər rayon ictimaiyyətinin Milli Oftalmologiya Mərkəzinə ziyarəti təşkil olunub.
Ziyarət çərçivəsində tədbir iştirakçıları öncə akademik Zərifə xanım Əliyevanın abidəsi önünə gül dəstələri düzərək onun xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra iştirakçılar Mərkəzin nəzdində fəaliyyət göstərən, görkəmli alim və ictimai xadimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olub, onun Azərbaycan tibb elminin inkişafına verdiyi töhfələr barədə məlumatlar əldə ediblər. Zərifə xanım Əliyevanın tələbəsi olan və onunla uzun illər birgə fəaliyyət göstərmiş tibb üzrə fəlsəfə doktoru Nübar xanım Haşimova tərəfindən ziyarətçilərə alimin elmi və pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verildi.
Tədbirin davamında qonaqlara Milli Oftalmologiya Mərkəzinin yaranma tarixi, fəaliyyət istiqamətləri və göstərdiyi tibbi xidmətlər haqqında məlumat verən film nümayiş olunub.
Sonda iştirakçılar ziyarətin təşkilinə görə Mərkəzin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.


Qəni Hüseynov






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar