Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Deputatı Tərtərdə şəhid ailəsini ziyarət etdi - Fotolar

Baxılıb: 738     Tarix: 04-05-2026 11:20   

 

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu, Yuxarı Qapanlı kəndində şəhid Hacıyev Rüstəm Firqani oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

Qanunvehedef.az xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov və rayonun baş axundu da iştirak ediblər.

Anar Məmmədov Rüstəm Hacıyev kimi qəhrəman oğullarımızın sayəsində torpaqlarımızın azad edildiyini vurğulayaraq, şəhid ailələrinin dövlətin hər zaman diqqət mərkəzində olduğunu bildirib.

Ziyarət zamanı ailənin sosial məişət şəraiti ilə maraqlanılıb, onları narahat edən məsələlər dinlənilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.






Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar