Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”

Baxılıb: 984     Tarix: 23-10-2026 10:10   

ABŞ Prezidenti Donald Tramp İranı noyabrın 3-də keçiriləcək aralıq Konqres seçkiləri ərəfəsində neft qiymətlərini artırmağa çalışmaqda ittiham edib.

“Qafqazinfo”nun xəbərinə görə, Tramp sosial media paylaşımında bildirib ki, Tehran yanacağın bahalaşmasına səbəb olmaq üçün “əlindən gələni edir”.

“İran ABŞ-də aralıq seçkilər ərəfəsində neft qiymətlərini qaldırmaq üçün əlindən gələni edir. Hətta saxta hücumlar, minalar və hər cür başqa şeylər uydururlar. Halbuki hazırda Hörmüz boğazından keçən neftin həcmi münaqişə başlamazdan əvvəlkindən daha çoxdur”, – deyə o yazıb.

ABŞ Prezidenti İranın heç vaxt nüvə silahına sahib olmayacağı barədə mövqeyini də təkrarlayıb. O, həmçinin Tehranı 75 min etirazçını öldürməkdə ittiham edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar