Jurnalist Aybəniz təqdim edir: “Ersan Er Bakıda – musiqi, mətbəx və xoş anlar”
![]()
Türkiyənin tanınmış müğənnisi Ersan Er Bakıya səfər edib. Səfər ARB TV-nin tanınmış aparıcısı Nura Andronovanın təşkilatçılığı, Saf Travel turizm şirkətinin dəstəyi ilə baş tutub.
Səfər çərçivəsində Bakının qonağı olan Ersan Er şəhərin müxtəlif məkanlarını gəzib, paytaxtın zəngin mətbəxi ilə tanış olub. O, Bakı restoranlarının birində Azərbaycan milli və yerli mətbəx nümunələrindən dadıb.
Müğənni səfəri zamanı musiqisevərlərə də xoş anlar yaşadıb. Bakının müxtəlif restoranlarında çıxış edən Ersan Er repertuarından sevilən mahnılarını səsləndirib və gecəyə xüsusi rəng qatıb.
Azərbaycan mətbəxi ilə tanışlığı zamanı Ersan Er təəssüratlarını bölüşərək, milli mətbəximiz və dadına baxdığı yeməklər haqqında qısa müsahibə də verib. Sənətçi Azərbaycan mətbəxinin zənginliyi və özünəməxsusluğu barədə fikirlərini bölüşüb.
İndi isə Ersan Erin Azərbaycan mətbəxi ilə bağlı təəssüratlarını əks etdirən qısa müsahibəni sizə təqdim edirik.
Azərbaycanın qonaqpərvərliyindən və Bakı atmosferindən məmnun qalan sənətçi paytaxtda keçirdiyi vaxt ərzində şəhərin tarixi və müasir simasını yaxından tanımaq imkanı əldə edib.
Səfərin əsas məqsədlərindən biri Azərbaycanın turizm imkanlarının tanıdılması, eləcə də Türkiyə ilə Azərbaycan arasında mədəni və turizm əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə vermək olub.
Ersan Erin Bakı səfəri həm musiqi, həm də turizm baxımından yadda qalan görüşlərlə müşayiət olunub.
Aybəniz ABDULOVA
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
yazar və araşdırmaçı jurnalist
![]()
![]()




















