Rusiyadan İsrailə uçan təyyarənin salonunda tüstülənmə oldu
Baxılıb: 940 Tarix: 11-11-2026 12:21

Moskvadan İsrailə uçan “Red Wings” aviaşirkətinə məxsus təyyarənin salonunda tüstülənmə baş verib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, sərnişinlər Jukovski hava limanından Təl-Əvivə uçan Tu-214 təyyarəsinin göyərtəsində tüstü və xoşagəlməz qoxu hiss ediblər:
“Pilotlar uçuşu davam etdirərək təyyarəni təhlükəsiz şəkildə yerə endiriblər. Hadisəyə səbəb salonun üzlük örtüyünün altında yerləşən elan sisteminin nasaz dinamiki olub. Yanğın izləri aşkarlanmayıb”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















