Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı

Baxılıb: 913     Tarix: 17-11-2026 13:38   

Ukraynanın “Polesye” klubunun baş məşqçi köməkçisi Sergey Kravçenko “Qarabağ”ın futbolçusu Aleksey Kaşuku transfer etmək istədiklərini təsdiqləyib.

Qanunvehedef.az Qol.az-a istinadla xəbər verir ki, o, 26 yaşlı yarımmüdafiəçinin yayda komandalarına keçidinin baş tutmadığını bildirib.

Kravçenko Kaşukun oyun keyfiyyətlərini yüksək qiymətləndirib:

“Biz onu “Polesye”də görmək istəyirdik, çünki səviyyəsini yaxşı bilirik. O, təkbətək mübarizələrdə rəqibini çox yaxşı keçir, yüksək sürətə malikdir. Bizə belə futbolçular lazımdır. Yayda onu transfer etmək istəyirdik, amma müəyyən səbəblərdən alınmadı”.

Ukraynalı mütəxəssis Kaşukun “Qarabağ”da fərqli mövqelərdə oynadılmasına da münasibət bildirib:

“Mənim üçün Kaşuk sırf cinah futbolçusudur. Onun güclü tərəfi cinahda təkbətək mübarizə aparmaqdır. “Qarabağ”da bəzən oynadıldığı kimi, xətlər arasında və ya mərkəz hücumçusu mövqeyində çıxış etmək deyil”.

Qeyd edək ki, Kaşuk noyabrda ilk dəfə Ukrayna millisinə dəvət alıb və Şimali İrlandiyaya qarşı keçirilən görüşdə debüt edib. Onun “Qarabağ”la müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar