Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Azərbaycan əsgəri İrəvanda Koçaryanla qonşu kamerada saxlanılır”

Baxılıb: 985     Tarix: 11-11-2026 13:21   

“Ermənistanda saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev ölkənin keçmiş lideri Robert Koçaryanla qonşu kamerada saxlanılır”.

Qanunvehedef.az “News.am”a istinadən xəbər verir ki, bu barədə müxalif “Ermənistan” blokunun fraksiyasının rəhbəri Anna Qriqoryan mətbuat konfransında danışıb.

A.Qriqoryanın sözlərinə görə, sentyabrın sonunda Şaki kəndində tutulan azərbaycanlı hərbçi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsində kifayət qədər yaxşı şəraitdə saxlanılır.

Bununla belə, fraksiya rəhbəri ölkənin ikinci prezidenti R.Koçaryanın qonşu kamerada “qeyri-insani” şəraitdə saxlanılmasını iddia edib.

Xatırladaq ki, R.Koçaryan bu ilin avqustunda saxlanılıb və barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Ermənistanın Baş Prokurorluğu onun barəsində səlahiyyətlərdən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə cinayət işi başladıb. Oktyabrda sabiq prezidentin həbs müddəti uzadılıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar