Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Netanyahu fövqəladə hərbi kabineti buraxdı

Baxılıb: 779     Tarix: 17-06-2024 13:25   

İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə fövqəladə hərbi kabinetin fəaliyyətini dayandırdığını elan edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Bu qərarın İsrail müxalifətinin lideri Benni Qantsın koalisiyanı tərk etməsindən sonra verildiyi qeyd olunur. Belə ki, fövqəladə hərbi kabinetin üzvü olan Qants Qəzza zolağının müharibədən sonrakı gələcəyi ilə bağlı Netanyahu ilə fikir ayrılığına görə iyunun 9-u hökumətdən istefa verdiyini açıqlamışdı.
Xatırladaq ki, fövqəladə hərbi kabinet 2023-cü ilin oktyabrın 7-dən 4 gün sonra, oktyabrın 11-i HƏMAS ilə mübarizə üçün yaradılmışdı.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar