Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türkiyədə 6 aydır etiraz edən işçilər istədiklərinə çatdı - Foto

Baxılıb: 595     Tarix: 07-01-2025 16:58   

Türkiyədə həmkarlar ittifaqı üzvlüyünə görə işdən çıxarılan “Polonez” qida fabrikinin işçilərinin 6 aylıq müqaviməti qələbə ilə yekunlaşıb.
Qanunvehedef.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Çatalca bölgəsində yerləşən bu zavodun 146 işçisi 6 aydır etiraz aksiyası keçirirdi.
Əmək və sosial müdafiə naziri Vedat Işıkhan, həmkarlar ittifaqı nümayəndələri, işçilər və işəgötürənlər bir araya gəlib. Görüşdən sonra Işıkhan tərəflərin razılığa gəldiyini açıqlayıb. O, sosial media hesabından verdiyi açıqlamada işçilərin bütün hüquqlarının işəgötürən tərəfindən təmin ediləcəyini açıqlayıb. İşçilərə təzminat və işdən çıxma haqqının ödənilməsi qərara alınıb.
Qeyd edək ki, ötən ilin iyul ayından etibarən zavod içşiləri hüquqlarını müdafiə etmək və işlərinə qayıtmaq üçün fabrikin qarşısında etiraz aksiyası keçirib, daha sonra Ankaraya yürüş etməyə cəhd ediblər. Lakin bu yürüşün qarşısı polis tərəfindən alınıb. Bundan sonra isə “Polonez” işçiləri Çatalca Ədliyyəsi qarşısında aclıq aksiyasına başlayıb. Bu müddət ərzində bəzi işçilərin səhhətində problemlər yaranıb.







Qanunvehedef.az



{sape_links}{sape_article}