Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türkiyədə 76 nəfərin öldüyü yanğına görə hotel sahibi saxlanıldı

Baxılıb: 900     Tarix: 22-01-2025 12:16   

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı saxlanılanların sayı 9 nəfərə çatıb.
Qanunvehedef.az Türkiyə mediasına istinadən xəbər verir ki, onlar arasında hotelin sahibi Halit Ergül də var.
Bundan əvvəl 4 nəfərin saxlanıldığı məlum idi.
Qeyd edək ki, Türkiyədə Halit Ergülün faciədən üç gün əvvəl ölkə mediasına verdiyi açıqlama diqqət çəkib. 
Belə ki, “DHA”ya danışan Ergül hotellərdə qonaqların qarşılanması üçün bütün hazırlıqların görüldüyünü, semestr tətili zamanı azı 50 min qonağın gözlənildiyini qeyd edib.
Onun bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub və tənqid edilib.
Onu da xatırladaq ki, yanğın nəticəsində 76 nəfər həlak olub. Hadisə ilə bağlı bu gün Türkiyədə matəm elan edilib.

Qanunvehedef.az



{sape_links}{sape_article}