Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

13 il sonra Türkiyədən Suriyaya ilk uçuş - Fotolar

Baxılıb: 812     Tarix: 23-01-2025 14:55   

Türkiyə Hava Yolları (THY) 13 ildən sonra Suriyaya uçuşları bərpa edib.
Qanunvehedef.az Anadolu Agentliyinə istinadən xəbər verir  ki, bu gün İstanbul Hava Limanından göyərtəsində 349 sərnişinin olduğu “TK 846” təyyarəsi Dəməşqə yola düşüb.
Bildirilib ki, həftədə 3 dəfə İstanbul Hava Limanından Dəməşq Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçiriləcək. Eyni günlərdə Dəməşq aeroportundan İstanbula dönüş reysləri olacaq.
Qeyd edək ki, THY Suriyaya son uçuşunu 31 mart 2012-ci ildə həyata keçirib. Buna səbəb ölkədəki daxili iğtişaşların qarşısını almaq olub.
Xatırladaq ki, bu ilin noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalardan sonra Bəşər Əsəd Hələb, İdlib, Həmadan və bir çox bölgələrdə nəzarəti itirib. Paytaxt Dəməşqdə xalqın küçələrə çıxması ilə isə rejim qüvvələri dövlət qurumlarından və küçələrdən çəkilməyə başlayıb, hakimiyyətə qarşı çıxan qruplar isə şəhər mərkəzində nəzarəti gücləndirib. Bununla da 61 illik BƏƏS rejimi devrilib.





Qanunvehedef.azшаблоны для dle 11.2