Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İsrailin hava hücumu nəticəsində 3 Türkiyə vətəndaşı öldü

Baxılıb: 744     Tarix: 30-01-2025 09:56   

Livandan qeyri-qanuni yollarla İsrailə keçmək istəyən üç Türkiyə vətəndaşı İsrailin bölgədə həyata keçirdiyi hava hücumu nəticəsində həyatını itirib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, həlak olanların cəsədlərinin qısa zamanda Türkiyəyə gətirilməsi üçün lazımi prosedurlar həyata keçirilir.
Bəyanatda vurğulanıb ki, ən qısa zamanda İsrailin hücumlarına son qoyulmalıdır.
“Anadolu” agentliyinin məlumatına görə, həlak olanlar Sezer Özdemir, Hüseyn Kaya və Çınar Alp Baydenk adlı şəxslər olub.
Ailələri onların yanvarın 11-də Livan sərhədində yoxa çıxdıqlarını və onlardan heç bir xəbər almadıqlarını rəsmi orqanlara bildiriblər.
Nəşr onu da yazır ki, sözügedən üç Türkiyə vətəndaşı daha əvvəl də saxta adlar altında qeyri-qanuni yollarla İsrailə gediblər və 2-3 il bu ölkədə işlədikdən sonra deportasiya ediliblər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar