Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Gürcüstanda 49 deputatın mandatı ləğv edildi - Sensasiya

Baxılıb: 790     Tarix: 05-02-2025 14:35   

Gürcüstan parlamentində müxalifəti təmsil edən 49 deputatın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Qanunvehedef.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə qərar qanunverici orqanın plenar iclasında qəbul olunub.
Deputatların hər birinə ayrı-ayrılıqda səs verilib. Lehinə səs verən parlament üzvlərinin sayı 80-83 arasında dəyişib. Qərarın qəbulu üçün 50 səs tələb olunurdu.
Qeyd edək ki, Gürcüstanın hazırkı XI çağırış parlamentində müxalifət 61 mandat əldə edib. Keçmiş baş nazir Georgi Qaxariyanın “Gürcüstan naminə” partiyası mandatlardan imtina barədə parlamentə yazılı şəkildə hələ müraciət etməyib.
Ötən ilin oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, hakim Gürcü Arzusu Partiyası parlamentdə 150 yerdən 89-nu əldə edib. Dörd müxalif birlik — Dəyişikliklər Naminə Koalisiya, Milli Hərəkat, Güclü Gürcüstan Koalisiyası və Gürcüstan Naminə Partiyası mandatlar əldə ediblər. Lakin onlar seçkilərin nəticələrini tanımayıblar və qanunverici orqanda təmsilçilikdən imtina ediblər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar