Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ukraynada Rusiyaya işləyən yüksəkrütbəli məmur ifşa edildi - Foto

Baxılıb: 1 033     Tarix: 13-02-2025 11:28   

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) öz sıralarında Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) işləyən əməkdaşını ifşa edib.
Qanunvehedef.az UNIAN-a istinadən xəbər verir ki, Rusiya xüsusi xidmət orqanları üçün işləyən Antiterror Mərkəzinin Baş İdarə rəisi polkovnik Dmitri Kozyura bu gün səhər saatlarında həbs edilib.
Təhlükəsizlik xidməti onun qanunsuz fəaliyyətinin 14 epizodunu sənədləşdirib.
UTX rəhbəri Vasili Malyuk Kozyuranın əməllərinin araşdırılması ilə məşğul olan əməliyyat-istintaq qrupuna şəxsən daxil olub və onun həbs əməliyyatına rəhbərlik edib.
Malyuk xüsusi əməliyyatın bütün mərhələləri barədə birbaşa Ukrayna Prezidenti Volodimir Zelenskiyə məruzə edib. Bildirib ki, UTX sözügedən polkovnik vasitəsilə uzun müddət düşmənə dezinformasiya ötürüb. Bu, ilk olaraq əks-kəşfiyyat tədbirləri, sonra isə cinayət işi çərçivəsində baş tutub.
Saxlanılan vəzifəli şəxs dövlətə xəyanət maddəsi üzrə ittiham olunacaq. Onu əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası gözləyir.


Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar