Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Türkiyə Dəməşq aeroportunu bərpa edir

Baxılıb: 1 028     Tarix: 17-02-2025 11:27   

Türkiyənin 25 nəfərdən ibarət texniki heyəti Dəməşq Hava Limanının bərpası üçün Suriyaya yola düşüb.
Qanunvehedef.az-ın Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.
Bildirilib ki, Suriya hava məkanında uçuşların təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün bölgəyə 6 ədəd TIR-la 113 nəqliyyat vasitəsi, cihaz və sistem göndərilib. Bununla da bərpa prosesi ilə bağlı işlərə başlanılıb.
Qeyd edək ki, Suriyada hakimiyyət dəyişikliyindən sonra Dəməşq hava limanı yanvarın 7-də fəaliyyətini bərpa edib. Türkiyə Hava Yolları (THY) da ötən aydan Suriyaya uçuşları bərpa edib.
Xatırladaq ki, uçuşlar bərpa edilməmişdən öncə THY Suriyaya son uçuşunu 31 mart 2012-ci ildə həyata keçirib. Buna səbəb ölkədəki daxili iğtişaşların qarşısını almaq olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar