Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Rusiya və ABŞ -ın növbəti görüşü İstanbulda olacaq

Baxılıb: 869     Tarix: 26-02-2025 14:58   

Fevralın 27-də İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında görüş keçiriləcək.
Qanunvehedef.az “News.ru” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb.
Onun sözlərinə görə, görüş zamanı iki ölkə səfirliklərinin fəaliyyəti müzakirə ediləcək: “Düşünürəm ki, bu görüşün yekununda nə dərəcədə sürətlə və səmərəli irəliləyə biləcəyimiz aydın olacaq”.
Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında görüş baş tutub. Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov başçılıq edib. Nümayəndə heyəti ABŞ Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoffla danışıqlar keçirib.
Onu da bildirək ki, fevralın 25-də Almaniyanın “Zeit” qəzeti həmin gün Ər-Riyadda iki ölkə nümayəndələri arasında növbəti görüşün keçiriləcəyini yazsa da, Rusiya XİN daha sonradan bu məlumatı təkzib edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar