Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İstanbulda Rusiya-ABŞ görüşü keçirilir

Baxılıb: 1 031     Tarix: 27-02-2025 11:32   

İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında növbəti görüş başlayıb.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, danışıqlar ABŞ-nin İstanbuldakı Baş konsulunun iqamətgahında keçirilir.
Mətbuata qapalı keçirilən görüşdə iştirak edən nümayəndə heyətlərinin tərkibi açıqlanmayıb.
Görüş zamanı iki ölkə səfirliklərinin işində problemlər və onların normal fəaliyyətinin bərpa edilməsi yolları müzakirə ediləcək. Danışıqların uzun müddət davam edəcəyi gözlənilir.
Xatırladaq ki, bundan əvvəlki görüş fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub. Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov başçılıq edib. Nümayəndə heyəti ABŞ Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoffla danışıqlar aparıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar